Rusiyanın "Anji" klubu Yuri Syomini istefaya göndərib

Rusiyanın "Anji" klubu Yuri Syomini istefaya göndərib
15:02 29 Sentyabr 2015
23 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 29 sentyabr. REPORT.AZ/ Rusiyanın "Anji" futbol klubu baş məşqçi Yuri Syominlə yollarını ayırıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 68 yaşlı mütəxəssislə iyundan qüvvədə olan anlaşma qarşılıqlı razılıq əsasında pozulub. 
Mahaçqala təmsilçisinin Premyer Liqadakı ilk 10 tur ərzində çıxışı diqqətlə diqqətlə analiz edildikdən sonra tərəflər "Anji"nin xeyrinə olan addım atmağı qərara alıblar. Rəhbərlik Y.Syominin rəhbərlik etdiyi məşqçilər heyətinə müştərək fəaliyyətlərinə görə minnətdarlıq edərək, gələcək işlərində uğurlar arzulayıb. 
Qeyd edək ki, qarşıdakı oyunlara "Anji"ni Ruslan Ağalarov hazırlayacaq. 10 turdan sonra Mahaçqala komandası Rusiya Premyer Liqasında 16 komanda arasında 15-ci pillədə qərarlaşıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/anji-klubu-yuri-syomini-istefaya-gonderib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR