Zəlimxan Yaqub: "Sizinlə ölü kimi danışıram" - VİDEO

Zəlimxan Yaqub: "Sizinlə ölü kimi danışıram" - VİDEO
15:05 29 Sentyabr 2015
156 Digər
Ölkə mətbuatı
A- A+

"Fikirləşirəm ki, bu gün gedəcəyəm, yoxsa sabah?.."

Xalq şairi Zəlimxan Yaqub Region TV-də yayımlanan "Regionun fəxri" verilişinə eksklüziv açıqlamalar verib.

"Son vaxtlar ən çox ölüm haqda düşünürəm. Fikirləşirəm ki, bu gün gedəcəyəm, sabah gedəcəyəm, amma hələ ki, yaşayıram. Mən ölümə daha yaxınam bu dəqiqə. Sizinlə ölü kimi danışıram. Bu dünya üçün darıxmamaq, bu dünyanı sevməmək olmaz. Ölüm lap gəlib başının üstünü kəssə də, bu həyat haqda düşünəcəksən. Almaniyada müalicə alarkən yazdıqlarım bir dastandır, mətbuatda yayımlanacaq. O yazıların əksəriyyəti ölümlə bağlıdır".

"İnsanlara, məni sevənlərə deyə bilmədiyim çox şey var. Mən qəbrə, haqq evinə çox sirlər aparacağam. Onlar mənimlə gedəcək qəbrə. O sirlər dostlarla, düşmənlərlə, taleyimlə bağlıdır. Hamısı mənimlə o dünyaya gedəcək".

Verilişdə xalq şairi hal-hazırda yaşadığı, böyüyüb başa çatdığı ata ocağı, ailəsi, sevdikləri ilə bağlı da danışıb. 

Milli.Az

Videoları  izləmək üçün şəkillərə klikləyin.

фото

фото


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/372114.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR