​İlin əvvəlindən Avropaya 520 mindən artıq miqrant gəlib

​İlin əvvəlindən Avropaya 520 mindən artıq miqrant gəlib
15:07 29 Sentyabr 2015
52 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 29 sentyabr. REPORT.AZ/. İlin əvvəlindən Aralıq dənizi vasitəsi iləAvropaya gələn miqrant və qaçqınların sayı 522 min 134 nəfərə çatıb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Cenevrədə yerləşən Beynəlxalq Miqrasiya Təşkilatından bildirilib.
Ən çox miqrant və qaçqınları Yunanıstan qəbul edib. Bu ölkədə onların sayı 388 min 324 nəfər olub. İtaliya 130 min 891 nəfəri qəbul edib. Yunanıstana gələnlərin əksəriyyəti (175 min 375 nəfər) suriyalılar və əfqanların (50 min 177 nəfər), İtaliyada sığınacaq tapanların çoxu eritreyalılar (30 min 708 nəfər) və nigeriyalılardır (15 min 113 nəfər).
Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, sentyabrın 17-dən Avropada miqrant və qaçqınların sayı  təxminən 49 min nəfər artıb. Avropa sahillərinə çatmaq istəyərkən 2892 nəfər dənizdə bataraq həyatını itirib.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/i-lin-evvelinden-avropaya-520-minden-artiq-miqrant-gelib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR