UNEC-də "İqtisadçı Gənclər Akademiyası" yaradılıb

UNEC-də "İqtisadçı Gənclər Akademiyası" yaradılıb
15:12 29 Sentyabr 2015
83 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "İqtisadçı Gənclər Akademiyası" yaradılıb. UNEC-dən "Report"a verilən xəbərə görə, akademiyanın əsas məqsədi gənclərin iqtisadiyyatın müxtəlif sahələrində elmi tədqiqat bacarıqlarının artırılması və ictimaiyyət arasında təbliğidir.
Burada tələbələr iqtisadiyyatın müxtəlif sahələri üzrə araşdırmalar aparacaq, yerli və xarici şirkətlərin təcrübə proqramlarından yararlancaqlar. Akademiyada, həmçinin gənclərin iqtisadi biliklərinin artırılması məqsədi ilə elmi konfransların, dəyirmi masaların, seminarların keçirilməsi nəzərdə tutulur.
Akademiyanın sədri UNEC-in İqtisadiyyat və sənaye fakültəsinin 3-cü kurs tələbəsi Hidayət Kərimovdur.

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/unec-de-i-qtisadci-gencler-akademiyasi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR