​Yəməndə toy mağarına raket düşüb, 130 nəfər ölüb

15:27 29 Sentyabr 2015
33 Dünya
Ölkə mətbuatı
A- A+

"Report" BBC-yə istinadən xəbər verir ki, bu haqda BMT-nin təmsilçiliyi və yerli həkimlər məlumat bildirib.
Məlumata görə, həmin çadırlarda husi qiyamçıları toy edirmiş.
Yəməndəki qiyamçılara qarşı mübarizə edən ərəb dövlətləri koalisiyasının başçısı Səudiyyə Ərəbistanı hadisənin baş verməsində günahının olmadığını bildirib.
BMT-nin baş katibi Pan Gi Mun isə hadisəni insan həyatına laqeyd münasibət kimi dəyərləndirib.
Yəmənin təhlükəsizlik qüvvələri isə hava zərbələrinin səhvən toy çadırına düşdüyünü bəyan edib.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/yemende-toy-magarina-raket-dusub-130-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR