Milli Oftalmologiya Mərkəzinin həkim briqadası Şəmkirdə 50-dək sakinin gözündə cərrahiyyə əməliyyatı aparıb

Milli Oftalmologiya Mərkəzinin həkim briqadası Şəmkirdə 50-dək sakinin gözündə cərrahiyyə əməliyyatı aparıb
14:28 29 Sentyabr 2015
42 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 29 sentyabr, AZƏRTAC
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əməkdaşları Şəmkir rayonunda göz xəstəliklərindən əziyyət çəkən insanları müayinə ediblər.
AZƏRTAC xəbər verir ki, iki gün davam edən aksiya zamanı mərkəzin həkim briqadası tərəfindən müasir diaqnostik avadanlıqla təchiz olunan xüsusi səyyar klinikada 300-dən çox şəmkirli müayinə olunub. Bundan əlavə, 200-dən çox pasiyentə müalicə kursları yazılıb, 50-dək sakinin gözündə cərrahiyyə əməliyyatı aparılıb.
Milli Oftalmologiya Mərkəzinin səyyar klinikasında indiyədək 3 mindən artıq vətəndaş müayinə olunub və 600-dən çox xəstənin gözündə cərrahiyə əməliyyatı aparılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Milli_Oftalmologiya_Merkezinin_hekim_briqadasi_Semkirde_50_dek_sakinin_gozunde_cerrahiyye_emeliyyati_aparib-888162

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR