AKB "Birinci Azərbaycan Görüş Təşkilatçıları Sənayesi" işgüzar görüşünü təşkil edəcək

15:28 29 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 29 sentyabr, AZƏRTAC
Azərbaycanda turizm sahəsinin davamlı inkişafı və işgüzar turizmin təkmilləşdirilməsi istiqamətində çalışan Azərbaycan Konqreslər Bürosu ilk dəfə olaraq Rusiya Federasiyasında "Birinci Azərbaycan Görüş Təşkilatçıları Sənayesi" işgüzar görüşünü elan edir.
Dövlət və özəl sektorun əməkdaşlığı əsasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılan və ölkənin turizm bazarının aparıcı iştirakçılarını bir araya gətirən büronun təşkilatçılığı ilə keçirilən işgüzar görüş oktyabrın 8-də Moskvada "Intercontinental Tverskaya" mehmanxanasında baş tutacaq.
Rusiya işgüzar turizm potensialı baxımından Azərbaycan üçün mühüm bazar olduğundan, Azərbaycan Görüş Təşkilatçıları Sənayesi işgüzar görüşünü ilk dəfə olaraq məhz Moskvada təşkil etmək qərarı alınıb.
Büronun təşkil edəcəyi bu mötəbər tədbir Rusiyanın işgüzar turizm sahəsində çalışan nüfuzlu təşkilat və vasitəçilərini büronun tərəfdaşları ilə bir araya gətirəcək.
Tədbir çərçivəsində üz-üzə görüşlərin və mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.
"Birinci Azərbaycan Görüş Təşkilatçıları Sənayesi" işgüzar görüşündə yalnız ölkəmizin mədəni zənginliklərinin, tarixinin, milli mətbəximizin və musiqimizin incilərinin təqdimatı da nəzərdə tutulub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AKB__quotBirinci_Azerbaycan_Gorus_Teskilatchilari_Senayesi_quot_isguzar_gorusunu_teskil_edecek-888164

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR