Alıcısız qalan avtomobil bazarları

Alıcısız qalan avtomobil bazarları
15:31 29 Sentyabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+

Bu ilin ilk 8 ayında Azərbaycana avtomobil idxalı keçən ilin eyni dövrü ilə müqaisədə 50%-dən daha çox azalıb.

ANS PRESS-in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin sentyabr ayına qədər ölkəyə 21 147 ədəd avtomobil idxal olunub. 2014-cü ilin müvafiq dövründə isə bu rəqəm 43276 idi.

Ölkəyə avtomobil idxalının ildən-ilə azalmasına əsas səbəb kimi, ekspertlər əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsini göstərirlər.



Azərbaycana son illər avtomobil idxalının statistikası


Ekspert Azər Allahverənov deyir ki, hazırda maşın bazarlarında kəskin durğunluq yaşanır. Bunun isə öz səbəbləri var.

“Əsas səbəb Mərkəzi Bankın tövsiyyəsi əsasında bankların avtokreditləri dayandırmasıdır. Əvvəllər əhalinin alıcılıq qabiliyyətini artıran əsas amillərdən biri avtomobillərin kredit yolu ilə satılması idi. Hazırda kreditlə satış olmadığı üçün də bazarlarda durğunluq var”,- deyə ekspert bildirdi.

Azər Allahverənov avtomobil idxalının azalmasına ikinci səbəb kimi isə “Avro- 4 standartı”na keçidi görür.

“Hazırda bu standarta keçidlə əlaqədar olaraq ölkəyə 2005-ci ildən əvvəl istehsal edilən nəqliyyat vasitələrinin gətirilməsi qadağan edilib. “Avro-4 standartı”na cavab verən maşınların qiymətinin baha olması da bazarda durğunluğa səbəb olan əsas amillərdən biridir. Üçüncü səbəb isə isə insanların dolların yenidən qalxa biləcəyi düşüncəsi ilə ehtiyyatlanmasıdır. Çünki hazırda banklardan dollarla kredit götürən şəxslərin sayı kifayət qədər azalıb ki, bu da alıcılıq qabiliyyətini aşağı salan amillərdən biridir”,-deyə ekspert A. Allahverənov əlavə etdi.



Azər Allahverənov- Nəqliyyat üzrə ekspert


Ekpertin dediyi kimi, “Avro-4 standartı” bazarda alıcılıq qabiliyyətinə təsir edən amillərdən biridir. Ancaq bu standartın tətbiqi bazarda alıcılıq qabiliyyətini aşağı salsa da ölkənin ekoloji vəziyyətin yaxşılaşdırılmasına hesablanıb.




Həmin standarta əsasən bir minik avtomobilində bir kilometr yolun qət edilməsi üçün havaya buraxılan dəm qazının miqdarı Avro 2-də 2.3 qram idisə, Avro 3-də iki, Avro 4-də isə bu rəqəm artıq 1 qramdır.

Avro 4 standartına əsasən respublikaya gətiriləcək avtomobillər Avrozonaya daxil olan ölkələr üçün 2005, Amerika Birləşmiş Ştatları üçün 2004, Cənubi Kareya üçün 2006, Yaponiya üçün 2011, Türkiyə üçün isə 2008-ci il istehsalı olmalıdır.

Bu tarixdən əvvəl istehsal edilən avtomobillərin isə ölkəyə girişi qadağan edilib.


Avrozona ölkələri narincı rənglə göstərilib


Ümumiyyətlə dünya təcrübəsində baxsaq görərik ki, Almaniyada istehsal tarixi köhnə olan avtomobillərin istifadəsinə icazə verilmir. İstehsal edildiyi tarixdən 4-5 ildən çox keçən avtomobilləri dövlət kompensasiya qarşılığında alır və xaricə satır.

Ölkəmizdə isə istehsal tarixi hətta 1980-ci illərdən əvvəl olan avtomobillərin sayı kifayət qədərdir. Əhalinin isə istifadə müddətini çoxdan başa vurmuş avtomobillərdən istifadə etməsinin bir səbəbi var ki, o, da insanların maddi səviyyəsinin aşağı olmasıdır.


Həmçinin oxuyun: Avtomobillər ucuzlaşacaq

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=361518

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR