“Qarabağ”–“Anderlext” qarşılaşmasına bilet satışı davam edir

“Qarabağ”–“Anderlext” qarşılaşmasına bilet satışı davam edir
15:33 29 Sentyabr 2015
95 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 29 sentyabr, AZƏRTAC
Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” (Ağdam)–“Anderlext” (Belçika) qarşılaşmasına bilet satışı davam edir.
AZƏRTAC xəbər verir ki, bilet satışının ilk günündən kassa önündə azarkeş növbələri yaranıb. Sevindirici haldır ki, azarkeşlər bilet satışından razıdırlar və hər kəs kassaya yaxınlaşaraq biletini alır.
“Qarabağ”ın rəhbərliyi bu oyundan etibarən kassada xanım satıcıların köməyindən istifadə edərək daha bir ilkə imza atıb. Beləliklə kassa önündə nizam-intizamı artıran klub rəhbərliyi bunun uğurlu addım olduğunu bildirib. Eyni zamanda, azarkeşlərin sıraya girmədən əvvəl istədiyi biletin qiymətini və sektorunu rahatlıqla tapa bilməsi üçün stadionun böyük sektor xəritəsi kassa yanında quraşdırılıb. Bütün kassaların fəaliyyət göstərməsi sıxlığın yaranmasının qarşını alıb.
“Qarabağ” klubunun rəhbərliyi azarkeşlərin oyuna olan böyük marağını nəzərə alaraq kassada gücləndirilmiş iş rejiminə keçib. Klub tərəfindən hüquq mühafizə orqanlarına müraciət edilmiş və kassa ətrafına polis briqadaları yerləşdirilib. Eyni zamanda, klubun əməkdaşlarından və könüllülərdən ibarət gənclər satışa nəzarət edirlər.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qarabag_Anderlext_qarsilasmasina_bilet_satisi_davam_edir-888166

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR