Gürcüstan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Gürcüstan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
15:33 29 Sentyabr 2015
40 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 29 sentyabr, AZƏRTAC
Bakıda səfərdə olan Gürcüstan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurası idarə heyətinin sədri Revaz Natsaraşvilinin başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 29-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı rəhbərliyinin müşayiəti ilə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoyublar.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə güllər qoyublar.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq
işləri barədə məlumat verilib.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gurcustan_Muharibe_Amek_ve_Silahli_Quvveler_Veteranlari_Surasinin_numayende_heyeti_Fexri_xiyabani_ve_Sehidler_xiyabanini_ziyaret_edib-888165

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR