“Spartak”–“Rəvan” oyununu estoniyalı hakimlər briqadası idarə edəcək

“Spartak”–“Rəvan” oyununu estoniyalı hakimlər briqadası idarə edəcək
14:38 29 Sentyabr 2015
80 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 29 sentyabr, AZƏRTAC
Futbol üzrə UEFA Gənclər Liqasında Azərbaycanı təmsil edən “Rəvan” klubu sentyabrın 29-da Moskvaya yollanacaq.
Klubdan AZƏRTAC-a bildiriblər ki, “Rəvan” qitə miqyaslı turnirin birinci mərhələsinin ilk oyununda Rusiyanın "Spartak” komandası ilə qarşılaşacaq.
Moskvada “Holiday İnn” otelində məskunlaşacaq komanda sentyabrın 30-da "Spartak” stadionunda meydana çıxacaq.
“Spartak”–“Rəvan” oyununu estoniyalı baş hakim Eyko Saar idarə edəcək. Ona həmyerliləri Silver Koiv və Aron Harsinq kömək edəcəklər. Matçda dördüncü hakim funksiyasını rusiyalı Yevgeni Turbin yerinə yetirəcək.
Oyunun UEFA nümayəndəsi belaruslu Yevgeni Tratsyuk, hakim-inspektoru isə Türkiyədən Erol Ersoy olacaq.
Komandalar arasında cavab oyunu isə oktyabrın 21-də "Dalğa Arena” stadionunda keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Spartak_Revan_oyununu_estoniyali_hakimler_briqadasi_idare_edecek-888169

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR