Məşhur ekstremalçı Erik Roner həlak olub

Məşhur ekstremalçı Erik Roner həlak olub
15:43 29 Sentyabr 2015
30 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 29 sentyabr, AZƏRTAC
ABŞ-ın Kaliforniya ştatında ekstremal nömrələrin mahir ifaçısı 39 yaşlı Erik Roner həlak olub. O, paraşütlə tullanarkən ağaca dəyib və aldığı xəsarətlər nəticəsində həyatını itirib.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, məşhur ekstremalçı xizək şousunda çıxış edir, həmçinin MTV kanalında yerdə və havada nömrələr göstərirdi. Meri Poppins personajından ilhamlanan Erik Roner 2013-cü ildə hava şarından əlində yalnız böyük çətir tutaraq atılmışdı.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Meshur_ekstremalchi_Erik_Roner_helak_olub-888172

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR