​BMT: "Son 9 ayda Yəməndə 2300 mülki sakin münaqişənin qurbanı olub"

​BMT: "Son 9 ayda Yəməndə 2300 mülki sakin münaqişənin qurbanı olub"
15:47 29 Sentyabr 2015
42 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 29 sentyabr. REPORT.AZ/ Yəməndə bu ilin martın 26-dan sentyabrın 24-dək 2 min 355 mülki vətəndaş münaqişənin qurbanı olub, 4 min 862 nəfər isə yaralanıb.
"Report" "TASS"a istinadən xəbər verir ki, bu rəqəmi BMT-nin insan haqları üzrə ali komissarının təmsilçisi Rupert Kolvill Cenevrədə keçirdiyi mətbuat konfransında açıqlayıb.
Onun sözlərinə görə, sentyabrın 11-dən 24-dək 151 mülki sakin, o cümlədən 26 uşaq və 10 qadın münaqişə nəticəsində həyatını itirib.
Qeyd edək ki, 2014-cü ilin avqustundan Yəməndə hakimiyyət qüvvələri ilə qiyamçı husilər arasında silahlı münaqişə şiddətlənib. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/bmt-son-9-ayda-yemende-2300-mulki-sakin-munaqisenin-qurbani

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR