"Qəbələ"in sabiq baş məşqçisi işsiz qaldı

"Qəbələ"in sabiq baş məşqçisi işsiz qaldı
15:49 29 Sentyabr 2015
18 İdman
Ölkə mətbuatı
A- A+

 

“Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syomin işsiz qalıb. Apasport.az saytının məlumatına görə, 68 yaşlı mütəxəssis Rusiyanın “Anji” klubunun çalışdırıcısı postunu tərk edib.

 

Mahaçqala təmsilçisi rəsmi saytı vasitəsilə Syominlə əməkdaşlığa qarşılıqlı razılıq əsasında son verildiyini açıqlayıb. Klub və baş məşqçi Rusiya çempionatının ilk 10 turundan sonra yaranan vəziyyəti təhlil edərək, “Anji”nin mənafeyi naminə bu addımın atılmasını zəruri sayıblar.

 

Belə ki, Rusiya Premyer Liqasının ilk 10 turundan sonra hesabında 6 xal olan “Anji” 16 komanda arasında sonuncu pillədə qərarlaşıb. Syominin vəzifəsindən ayrılmasından sonra komanda əvəzedici heyətin çalışdırıcısı Ruslan Ağalarova tapşırılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/216095

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR