Hüquq müdafiəçiləri xəstəxanada baş vermiş ölüm faktını araşdıracaqlar

15:52 29 Sentyabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+

[ 29 Sentyabr 2015 15:48 ]


Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov bir neçə gün əvvəl 3 saylı şəhər Klinik Xəstəxanasında baş vermiş ölüm faktı ilə bağlı araşdırma aparacaq.

 

Elçin Behbudovun APA-ya verdiyi məlumata görə, xəstəxanada ölən Şaiq Sadıqovun valideynləri komitəyə müraciət ediblər. Onlar müraciətlərində Ş. Sadıqovun Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsində döyülərək öldürüldüyünü iddia ediblər: “Həmin məsələ ilə bağlı biz sentyabrın 30-da Sabunçu rayon Polis İdarəsində monitorinq aparacağıq” .

 

Qeyd edək ki, sentyabrın 26-dan 27-nə keçən gecə xəstəxanada əməliyyat olunan 1983-cü il təvəllüdlü Şaiq Sadıqov ölüb. Onun ailə üzvləri isə Ş. Sadıqovun hadisədən əvvəl 12-ci Polis Bölməsində olduğunu və orada döyülərək öldürüldüyün iddia edirlər.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/398726

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR