"Formula-1" Avropa Qran-pri yarışlarına AZƏRTAC-ın informasiya dəstəyi məsələsi müzakirə olunub - FOTO

"Formula-1" Avropa Qran-pri yarışlarına AZƏRTAC-ın informasiya dəstəyi məsələsi müzakirə olunub - FOTO
14:52 29 Sentyabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sentyabrın 29-da Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) Baş direktoru Aslan Aslanov ilə "Baku Grand Prix" şirkətinin marketinq və kommunikasiya şöbəsinin müdiri Nigar Arpadarainin görüşü olub.

Görüşdə Bakıda keçiriləcək "Formula-1" Avropa Qran-pri yarışlarının əhəmiyyəti, bu mühüm idman hadisəsinə hazırlıq işlərinin və turnirin geniş işıqlandırılmasında AZƏRTAC ilə əməkdaşlıq məsələləri müzakirə edilib.

Baş direktor Aslan Aslanov son illərdə Azərbaycanın ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirləri, o cümlədən "Eurovision-2012" mahnı müsabiqəsini və birinci Avropa Oyunlarını geniş işıqlandıran AZƏRTAC-ın bu sahədə yaxşı təcrübə qazandığını, "Formula-1"in Bakı yarışlarının da təbliğinə xüsusi önəm verdiyini qeyd etdi.

"Formula-1" Avropa Qran-pri yarışlarının Azərbaycanda təşkilinin əhəmiyyətini vurğulayan N.Arpadarai bu mühüm tədbirə hazırlıq işlərindən, turnirin ölkəmizdə və xaricdə təbliği istiqamətində nəzərdə tutulan tədbirlərdən, habelə bu sahədə AZƏRTAC ilə fəal əməkdaşlığın vacibliyindən danışdı. O, birinci Avropa Oyunlarını yüksək səviyyədə işıqlandıran AZƏRTAC-ın "Formula-1" Avropa Qran-pri yarışlarını da geniş təbliğ edəcəyinə əminliyini bildirdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/372137.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR