"Gizlicə evləniblər" dedilər, amma... - fotolar

"Gizlicə evləniblər" dedilər, amma... - fotolar
15:56 29 Sentyabr 2015
58 Şou
Ölkə mətbuatı
A- A+

Aktrisa Ceyda Düvenci və aktyor Bülent Şakrakın gizlicə ailə qurması xəbəri yayılıb.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Ceydanın ona "ərim" deyə müraciət etməsi bu şayiələrə səbəb olub.

Bülent isə "hələ evlənməmişik, amma bu gün ya sabah ola bilər" deyib. Bir ildir sevgili olan cütlük İnstaqramda ABŞ səyahətlərindən fotolar paylaşıblar. İstifadəçilərin çoxu onların orada gizlicə ailə qurduğunu iddia edib.

Şakrak "Ceyda uzun müddətdir mənə "ərim" deyir. Mən də ona elə deyirəm. Ancaq aramızda rəsmi bir şey yoxdur" cavabını verib.



Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=38017

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR