Toy mərasimi bombalandı: 131 nəfər öldü

Toy mərasimi bombalandı: 131 nəfər öldü
15:57 29 Sentyabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+

Yəmənin cənub-qərbində toy mərasiminin hərbi aviasiya tərəfindən 2 dəfə bombalanması nəticəsində ölənlərin sayı 131 nəfərə çatıb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, ölənlər arasında qadınlar və uşaqlar da var.

Hadisə sentyabrın 28-də baş verib. "Associated Press"in xəbərinə görə, hava hücumu Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya tərəfindən həyata keçirilib. Səudiyyə Ərəbistanı rəhbərliyi isə aviazərbələrlə koalisiya qüvvələrinin heç bir əlaqəsinin olmadığını açıqlayıb.

Yəmən hökuməti aviazərbələrin səhvən baş verdiyini və hədəfin qiyamçı husilərin mövqeləri olduğunu bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/372144.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR