"Ducuan" tayfunu Tayvanda ciddi fəsadlar törədib

"Ducuan" tayfunu Tayvanda ciddi fəsadlar törədib
15:58 29 Sentyabr 2015
26 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 29 sentyabr, AZƏRTAC
"Ducuan" super tayfununun Tayvan ərazisindən keçməsi nəticəsində 2 nəfər həlak olub, 6 nəfər itkin düşüb, 300-dən çox insan isə yaralanıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, küləyinin gücü bəzən saatda 200 kilometrə çatan qasırğa bütün adada elektrik enerjisinin kəsilməsinə səbəb olub. "Taipower" enerji kompaniyasının məlumatına görə, hazırda 540 min ailə hələ də işıqsız qalıb.
Tayvan şəhərlərinin əksəriyyətində əlverişsiz hava şəraiti ilə əlaqədar artıq iki gündür ki, məktəblərdə məşğələlər dayandırılıb, ofislər fəaliyyət göstərmir, fond birjasında hərraclar keçirilmir.
Meteoroloqların verdiyi məlumata görə, tayfunun episentri Çinin materik hissəsinin şərq sahillərinə yaxınlaşır. Bununla əlaqədar Çin hökuməti Futszyan və Çjetszyan əyalətlərində 420 mindən çox insanı təxliyə edib.
Bu mövsümdə sayca 21-ci olan "Ducuan" tayfunu intensiv tropik leysanlarla müşayiət edilsə də, tədricən gücünü itirməkdədir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/_quotDucuan_quot_tayfunu_Tayvanda_ciddi_fesadlar_toredib-888180

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR