Belarusda tüfeyliliyə görə vergi tətbiq ediləcək

Belarusda tüfeyliliyə görə vergi tətbiq ediləcək
15:03 29 Sentyabr 2015
21 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 29 sentyabr, Ramiz Quliyev, AZƏRTAC 
Belarusda işsiz vətəndaşlardan rüsum alınması planlaşdırılır. Yığımın rəsmən heç yerdə işləməyən, vergi ödəməyən və müvafiq olaraq dövlət xərclərinin maliyyələşdirilməsində iştirak etməyən əmək qabiliyyətli vətəndaşlardan alınması nəzərdə tutulur.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, ödəmə məbləği 20 baza kəmiyyəti (1 baza kəmiyyəti 180 min Belarus rublu və ya təxminən 12 dollardır) təşkil edəcək. İşsizlər bu vergini ildə bir¬dəfəlik ödəməlidirlər. Ödəmədən yayınmaya görə inzibati məsuliyyət nəzərdə tutulacaq. Hökumətin mövqeyinə görə, bu rüsumun tətbiqi qeyri-qanuni sahibkarlıq kimi fəaliyyətin, yəni şəxsin işləyərək vergi ödəmədiyi halların qanuniləşdirilməsi kimi başa düşülməməlidir.
Sənəddə fəaliyyət qabiliyyətinin olmaması və ya başqa səbəblərdən vergidən azad ediləcək vətəndaşların kateqoriyaları da qeyd olunacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Belarusda_tufeyliliye_gore_vergi_tetbiq_edilecek-888184

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR