"Barselona" və "Arsenal" ilk qələbə arzusunda - YENİLƏNİR

"Barselona" və "Arsenal" ilk qələbə arzusunda -   YENİLƏNİR
16:17 29 Sentyabr 2015
33 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Çempionlar Liqasında II tura start veriləcək. Fanat.az хəbər verir ki, ilk oyun günündə 4 qrupda 8 oyun baş tutacaq. 

E qrupunda "Barselona" "Bayer"i qəbul edəcək. İlk turda səfərdə "Roma" ilə "sülh" bağlayan (1:1) Kataloniya klubu хal itkisini BATE-dən üstün olmuş (4:1) Leverkuzen təmsilçi ilə oyunda sığortalamağa çalışacaq. Qrupun digər oyununda "Roma" BATE-nin qonağı olacaq.

F qrupunda "Arsenal" evdə "Olimpiakos"la qarşılaşacaq. London klubu ilk turda gözlənilmədən Zaqreb "Dinamo"suna uduzub (1:2). "Topçular" bu dəfə həmin məğlubiyyətin təsadüf olduğunu göstərməlidi. Qrupun digər oyununda isə ilk turda "Olimpiakos"u darmadağın edən (3:0) "Bavariya" "Dinamo"nu sınağa çəkəcək.

G qrupunda "Çelsi" səfərdə "Portu" ilə qarşılaşacaq. London klubu ilk turda evdə "Makkabi"ni darmadağın edib (4:0), "Portu" səfərdə Kiyev "Dinamo"su ilə "sülh" bağlayıb (2:2). Qrupun digər oyununda "Makkabi" "Dinamo"nu qəbul edəcək.

H qrupunda isə ötən tur səfərdə "Valensiya"ya qalib gələn "Zenit" evdə Lion "Olimpik"i ilə "sülh"ə (1:1) razılaşmış "Gent"i qəbul edəcək. Qrupun digər oyununda isə "Olimpik"lə "Valensiya" Lionda üz-üzə gələcək.

Qeyd edək ki, A, B, C və D qruplarında II turun oyunları sabah keçiriləcək.

Çempionlar Liqası
Qrup mərhələsi
29 sentyabr
 
E qrupu
23.45 BATE (Belarus) - Roma (İtaliya)
23.45 Barselona (İspaniya) - Bayer (Almaniya)

1

Bayer

1

1

0

0

4:1

3

2

Roma

1

0

1

0

1:1

1

3

Barselona

1

0

1

0

1:1

1

4

BATE

1

0

0

1

1:4

0


F qrupu
23.45 Arsenal (İngiltərə) - Olimpiakos (Yunanıstan)
23.45 Bavariya (Almaniya) - Dinamo (Xorvatiya)

1

Bavariya

1

1

0

0

3:0

3

2

Dinamo

1

1

0

0

2:1

3

3

Arsenal

1

0

0

1

1:2

0

4

Olimpiakos

1

0

0

1

0:3

0


G qrupu
23.45 Portu (Portuqaliya) - Çelsi (İngiltərə)
23.45 Makkabi (Təl-Əviv, İsrail) - Dinamo (Ukrayna)

1

Çelsi

1

1

0

0

4:0

3

2

Portu

1

0

1

0

2:2

1

3

Dinamo

1

0

1

0

2:2

1

4

Makkabi

1

0

0

1

0:4

0


H qrupu
23.45 Olimpik (Lion, Fransa)- Valensiya (İspaniya)
23.45 Zenit (Rusiya) - Gent (Belçika)

1

Zenit

1

1

0

0

3:2

3

2

Gent

1

0

1

0

1:1

1

3

Olimpik

1

0

1

0

1:1

1

4

Valensiya

1

0

0

1

2:3

0


Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbarselonaquot-v-quotarsenalquot-ilk-qlb-arzusunda-t44440.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR