Cəbhədə gərginlik davam edir (FOTO)

Cəbhədə gərginlik davam edir (FOTO)
16:21 29 Sentyabr 2015
50 Digər
Ölkə mətbuatı
A- A+

Əhməd Əhmədov Ağdamın cəbhə xəttində yerləşən Çəmənli kəndindəndir. O da coxları kimi atəşkəs müqaviləsi imzalananda, hərbi əməliyyatların dayanacağına ümid edib. Amma 23 ildir Əhməd hər səhər yuxudan güllə səsinə oyanır.

ANS PRESS-ə əvvəllər atəşkəsin avtomat və pulemyotlarla pozulduğunu deyən kənd sakini, son vaxtlar qarşı tərəfin minaatan və qubaraatanlardan istifadə etməsi nəticəsində cəbhə xəttində gərginliyin daha da çoxaldığınıı bildirir. Əhali üçün əsas təhlükə isə özünü erməni silahlı birləşmələrinin mövqeləri ilə üzbəüz yerləşən əkin sahələrində göstərir. Buna baxmayaraq bütün kənd sakinləri kimi Əhməd də hər gün işini tamamlamaq üçün əkin sahəsinə gəldiyini deyir.


Cəbhəyanı kəndlərin sakinləri gündəlik təsərrüfat qayğıları ilə məşğul olur

"Bizdə atışma adi bir haldı. Hə məsələn indi bərk atdılar və ya biraz yavaş atırlar. Amma çıxmaq ümumiyyətlə mən o haqda heç rast gəlməmişəm ki, kimsə deyə köçək yaxud tərk edək"- deyə Əhməd Əhmədov bildirib. Kənd sakinləri deyir ki, əvvəllər Ağdam –Bərdə magistralının işğal altında qalan hissəsində tez- tez qarşı tərəfin hərbi texnikasının hərəkətini müşahidə etmək mümkün idi. Son bir həftə ərzində Ermənistanın cəbhədə canlı qüvvəsinin və hərbi texnikasının məhv edilməsindən sonra yolda hərəkət müşahidə olunmur.


Azərbaycan ordusu cəbhə xəttindəki vəziyyətə tam nəzarət edir

Erməni silahlı birləşmələrinin mövqelərindən 300 metrlik məsafədə yerləşən Çıraqlı kəndi də tez- tez qarşı tərəfin hədəfinə tuş gəlir. Evi dəfələrlə atəşə məruz qalan kənd sakini Əlisəfa Cəfərov deyir ki, gündüzlər də güllə səsləri eşitmək mümkündür.


Qarşı tərəf iri çaplı güllələrdən istifadə edir

"Gün batana yaxın başlayırlar gedir biraz fasilə verirlər bir də başlayır. Pulemyotdan da atılır iri çaplı silahlardan da minatanlardan da istifadə edirlər"-deyə Əlisəfa Cəfərov bildirib.Kənd sakinlərinin təhlükəsizliyi üçün evlərin qarşı tərəfin mövqelərinə baxan hissəsinə və kənd yoluna istinad divarları çəkilib. Bu da əhalini nisbətən də olsa təhlükədən qoruyur.


Əhalini güllələrdən qoruyan istinad divarı

Bir neçə gün öncə cəbhəyanı kəndlərin atəşə tutulması nəticəsində bir nəfər Ağdam rayon sakini aldığı qəlpə yarasından dünyasını dəyişib. Son bir həftə Azərbaycan ordusu üçün də itkisiz ötüşməyib. Azərbaycan Silahlı Qüvvələrinin 4 hərbçisi Erməni silahlı birləşmələrinin təxribatının qarşısını alarkən şəhid olub. Cəbhədə vəziyyətin gərginləşməsi fonunda qarşı tərəfinin də 15-ə yaxın hərbçisi məhv edilib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=361530

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR