Külli miqdarda narkotik vasitənin İrandan Azərbaycana qaçaq yolla keçirilməsinin qarşısı alınıb

Külli miqdarda narkotik vasitənin İrandan Azərbaycana qaçaq yolla keçirilməsinin qarşısı alınıb
16:33 29 Sentyabr 2015
22 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 29 sentyabr, AZƏRTAC
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitələrin respublika ərazisinə gətirilməsi ilə məşğul olan mütəşəkkil cinayətkar qrupların zərərsizləşdirilməsi istiqamətində tədbirlər davam etdirilməkdədir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 26-da keçirilmiş tədbirlər nəticəsində Cəlilabad rayonunun Sərxanlı kəndi ərazisindəki zastavanın xidməti sahəsində İrandan Azərbaycan Respublikasına qaçaq yolla külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. Nəticədə Cəlilabad rayon sakini 1979-cu il təvəllüdlü Nəsirov Rövşən Fərahim oğlu 7 kiloqram tiryək və 470 qram heroinlə saxlanılıb.
Fakt üzrə DSX tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kulli_miqdarda_narkotik_vasitenin_Irandan_Azerbaycana_qachaq_yolla_kechirilmesinin_qarsisi_alinib-888195

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR