Sergey Karyakin və Pavel Elyanov dünya kubokunun yarımfinalında tay-breyk oyunlarında qarşılaşacaqlar

Sergey Karyakin və Pavel Elyanov dünya kubokunun yarımfinalında tay-breyk oyunlarında qarşılaşacaqlar
15:38 29 Sentyabr 2015
28 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 29 sentyabr, AZƏRTAC
Çərşənbə axşamı, sentyabrın 29-da rusiyalı qrossmeyster Sergey Karyakin və onun ukraynalı həmkarı Pavel Elyanov Bakıda keçirilən dünya kubokunun finalına çıxmaq üçün tay-breyk oyunları keçirəcəklər.
AZƏRTAC xəbər verir ki, yarımfinalda bu iki şahmatçı arasında cavab oyunlarında qalib müəyyən edilməyib.
Rusiyanın digər nümayəndəsi Pyotr Svidler yarımfinalda hollandiyalı qrossmeyster Aniş Giriyə 1,5:0,5 hesabı ilə qalib gələrək həm dünya kubokunun finalına vəsiqə alıb, həm də 2016-cı il mayın 9-dan 28-dək keçiriləcək iddiaçılar turnirində çıxış etmək hüququ qazanıb.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sergey_Karyakin_ve_Pavel_Elyanov_dunya_kubokunun_yarimfinalinda_tay_breyk_oyunlarinda_qarsilasacaqlar-888197

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR