Aclıq aksiyası keçirən aktyora rol verildi

Aclıq aksiyası keçirən aktyora rol verildi
16:42 29 Sentyabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+

Cəfər Cabbarlının "Solğun çiçəklər" tamaşasındakı aldığı roluna görə aclıq aksiyası keçirən aktyor Rasəf Mehdiyevin arzusu reallaşıb.

Bu barədə aznews.az-a Şuşa Dövlət Dram Teatrının direktoru Yadigar Muradov məlumat verib. O, bildirib ki, oktyabrın 9-da aktyoru aclıq aksiyasına vadar edən tamaşanın premyerası keçiriləcək: "Tamaşa "Mahnı" teatrında baş tutacaq. Rasəf Mehdiyev də həmin tamaşada oynayacaq".

Qeyd edək ki, R.Mehdiyev teatr mövsümü bağlanarkən Hökumət Evinin qarşısında aclıq aksıyası keçirib. O, buna səbəb kimi "Solğun çiçəklər"in teatrın repertuarından çıxarılacağını bildirib: "Mənim balalarım var, özümə qəsd etmədim. 4 gündü mən götür-qoy etdim və qərar aldım ki, həbsə düşməkdənsə, ac və əqidəli ölmək daha üstündür. Və bu addımı atdım", - deyə aclıq edən aktyor Rasəf Mehdiyev bildirib. Aktyor atdığı addıma onu teatrın direktorunun təhrik etdiyini deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/372147.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR