Azərbaycan yeyinti məhsullarının idxalını artırıb

Azərbaycan yeyinti məhsullarının idxalını artırıb
15:47 29 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbaycana yeyinti məhsullarının idxalı illik müqayisədə 3,08% artaraq 2015-ci ilin yanvar-avqust ayları ərzində 656,3 mln. ABŞ dollarına yüksəlib. "Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, yeyinti məhsullarının cəmi idxalda xüsusi çəkisi 11,13% təşkil edib.
Hesabat dövründə ət, süd, yağ, şəkər idxalında azalma, meyvə-tərəvəz, buğda idxalında isə artım müşahidə olunub. Ət idxalı 9,86% azalaraq 11,977 mln. dollar, süd 11,43% azalaraq 3,9 mln. dollar, kərə yağı 17,83% azalaraq 14,3 mln. dollar, şəkər 31,72% azalaraq 81,1 mln. dollara enib.
Meyvə-tərəvəz 2,5 dəfə artaraq 40,9 mln. dollara, buğda 34,17% artaraq 216,3 mln. dollara yüksəlib.
Qeyd edək ki, hesabat dövründə ticarət dövriyyəsi illik 32,83% azalaraq 14,082 mlrd. dollar, o cümlədən idxal 5,09% artaraq 5,899 mlrd. dollar, ixrac 46,69% azalaraq 8,184 mlrd. dollar təşkil edib. 

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/azerbaycan-yeyinti-mehsullarinin-idxalini-artirib12

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR