Ev qəflətən alovlandı

Ev qəflətən alovlandı
17:05 29 Sentyabr 2015
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün günorta saatlarında Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 8a, mənzil 10 ünvanında yanğın olub. El TV ( Region TV) xəbər verir ki, Elçin Məmmədova məxsus, ümumi sahəsi 90 kvadratmetr olan iki otaqlı evin 1 otağı içərisindəki əşyalarla birlikdə 15 kvadratmetr sahədə yanıb.

Hadisə şahidlərinin bildirdiklərinə görə, ev qəflətən alovlanıb. Yanğın zamanı sahibi evdə olmayıb. Hadisə yerinə Mingəçevir şəhər Yanğından Mühafizə Xidmətinin 3 maşını və 15 nəfərlik şəxsi heyəti cəlb olunub. Alovun qarşısı alınıb. Hələlik yanğının baş vermə səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/372154.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR