"Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaşdır"

"Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaşdır"
17:12 29 Sentyabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaşdır.

APA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən "Azərbaycan və Xəzər dənizi Neft və Qaz Həftəsi - 2015" (Azerbaijan & Caspian Sea Oil & Gas Week - 2015) konfransında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard bildirib.

M.Mardın sözlərinə görə, Azərbaycanın ticarət dövriyyəsinin 43%-i Avropa İttifaqının payına düşür: "Ticarət dövriyyəsinin böyük hissəsi enerji sektoruna aiddir. Məhz bu sahədə bizim çox güclü əlaqələrimiz var".

Azərbaycan qazının Avropaya ixracını nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihəsindən söz açan səfir qeyd edib ki, bu layihə Avropa İttifaqı üçün strateji önəm daşıyır və ittifaq layihəni tam dəstəkləyir. Diplomat bildirib ki, layihənin nəzərdə tutulan vaxtda tamamlanması əsas məqsədlərdəndir və bu istiqamətdə işlər plana uyğun davam edir.

M.Mard əlavə edib ki, gələcəkdə "Cənub Qaz Dəhlizi" layihəsinin imkanları genişləndirilə bilər: "Düşünürük ki, bu layihə bizim enerji strategiyamızın təhlükəsizliyi baxımından vacibdir. Genişləndirmə çərçivəsində müxtəlif variantlar nəzərdən keçirilə bilər. Biz Avropaya daha böyük həcmdə enerji resurslarının çatdırılmasını istərdik".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/372152.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR