Konfransda arxeoloji qazıntıların nəticələrindən danışılıb

Konfransda arxeoloji qazıntıların nəticələrindən danışılıb
17:13 29 Sentyabr 2015
20 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 29 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) tarix fakültəsi və Fransanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə konfrans keçirilib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, tarix fakültəsinin dekanı, dosent Azad Rzayev tədbirin əhəmiyyətindən danışıb.
Fransalı tədqiqatçı Bertiy Lyone arxeologiya elminin tarixi və inkişaf perspektivləri, eyni zamanda Tovuz rayonu, Məntəştəpədə aparılan arxeoloji qazıntılar barədə məlumat verib.
Tədqiqatçı alim Fərhad Quliyev aparılan tədqiqatların əhəmiyyətindən danışıb, görülən işlərin ölkələr arasında elmi tədqiqat sahəsində əməkdaşlığa böyük töhfə olduğunu bildirib. Qeyd edilib ki, 2008-2015-ci illərdə Tovuz rayonunda Fransa-Azərbaycan arxeoloji qrupu tərəfindən səkkiz qazıntı işi həyata keçirilib. Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya İnstitutunu təmsil edən iki tədqiqatçı alim - Bertiy Lyone və Fərhad Quliyevin birgə rəhbərliyi altında aparılan bu arxeoloji kampaniyalar Məntəştəpədə keçirilib. Qazıntıların məqsədi Azərbaycanın bu regionunda qədim mədəniyyətlərin təkamülünü anlamaq, Mesopotamiya və Qafqazın digər regionlari ilə əlaqələri üzə çıxarmaq olub. Məntəştəpədə səkkiz il ərzində aparılan tədqiqatların sonunda qazıntılar tamamilə bağlanıb. Arxeoloji qrupun rəhbərləri iki ölkə arasında bu nümunəvi əməkdaşlığı dəyərləndirmək məqsədilə qazıntıların nəticələrini BDU-nun tarix fakültəsinin II və IV kurs tələbələri ilə bölüşüblər.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Konfransda_arxeoloji_qazintilarin_neticelerinden_danisilib-888214

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR