Azərbaycanlı zəvvarlar Bakıya qayıda bilmir

Azərbaycanlı zəvvarlar Bakıya qayıda bilmir
16:14 29 Sentyabr 2015
324 Ölkə
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, azərbaycanlı zəvvarların Həccdən dönüşü ləngiyir. Lent.az az aznews.az-a istinadən xəbər verir ki, ləngiməyə səbəb isə bu gün saat 05.00 radələrində Bakıya çatdırmalı olan təyyarə reysinin təxirə düşməsidir.

 

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məsələ ilə bağlı açıqlama verərək bildirilib ki, gecikməyə səbəb Ciddə aerportunda olan izdihamdır.

 

Zəvvarların yaxınları bildirib ki, saat 13:00-da Bakıya enməli olan təyyarə gecikir: “Gah deyirlər 3-də gələcək, gah deyirlər 7-də. Biz də səhər 6-dan burada gözləyirik. Bilmirik ki, gözləyək, ya gedək”.

 

 

Məlumat üçün bildirək ki, QMİ-dən verilən açıqlamaya görə, azərbaycanlı zəvvarları gətirən ilk təyyarə Bakı vaxtı ilə təxminən saat 19.00 radələrində Ciddədən Bakıya istiqamət alacaq. İlk reysin ardınca yarım saat intervalla daha 2 təyyarənin bu gün zəvvarları Bakıya gətirməsi planlaşdırılır.

 

Musavat.com-un yaydığı məlumatda isə bildirilir ki, QMİ-nin Həcc ziyarəti təşkilatçıları azərbaycanlı zəvvarları hava limanında köməksiz qoyaraq qaçıb, insanlar hava limanında əlacsız gözləyir.

 

Sayt yazır ki, həmvətənlərimiz ziyarəti başa vursalar da, təşkilati işlərin yarıtmazlığı ucbatından son bir neçə günü hava limanı və otellər arasında qalıb.

 

Səhər saat 5-də Bakıya uçmalı olan təyyarə yenə də təşkilati işlərin yarıtmazlığı səbəbindən ləngiyib və reys bu gün axşam 7-yə təyin olunub.

 

Bu barədə Ciddə hava limanından musavat.com-a məlumat verən zəvvarlar hava limanında zəvvarların bir neçəsinin halının pisləşdiyini, ürəyi gedənlərin olduğunu bildirdilər. Qadınlar, kişilər hava limanında yerdə yatırlar.

 

Zəvvarlar deyir ki, pul verməmək üçün onları dünən saat 11-də oteldən çıxarıblar. Zəvvarlar səhər hava limanına getsələr də, burda bildiriblər ki, Azərbaycan tərəfi vaxtında uçuş üçün icazə almadıqları üçün reys təxirə salınıb. Səhər saat 5-ə təyin olunan reys artıq axşam 7 üçün nəzərdə tutulub, amma bu vaxtın özü də dəqiq deyil. Çünki ötən müddətdə 4-5 dəfə reysin saatı dəyişdirilib.

 

Zəvvarlar yazır ki, otellər çox keyfiyyətsiz olub, yemək, qidalanma çoxları üçün ciddi problemə çevrilib. Təşkilatçılar isə bütün bunları gördükdən və zəvvarların etirazlarını gördükdə qaçıb yoxa çıxıblar.








Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/216108

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR