Namizədlərin sayı 425 nəfərə çatdı

Namizədlərin sayı 425 nəfərə çatdı
16:17 29 Sentyabr 2015
20 Ölkə
Ölkə mətbuatı
A- A+

Noyabrın 1-də Azərbaycan Milli Məclisinə keçiriləcək seçkilərlə əlaqədar deputatlığa namizədliyi irəli sürülənlərin sayı 1753 nəfərə çatıb.

APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib. İndiyə qədər 425 nəfərin namizədliyi qeydə alınıb. Namizədliyi qeydə alınanlardan 165 nəfərin namizədliyi 14 siyasi partiya tərəfindən, 2 nəfərin namizədliyi "Azadlıq-2015" siyasi partiyalar bloku tərəfindən irəli sürülüb, 258 nəfərin namizədliyi fərdi qaydada, qalanların namizədliyi təşəbbüs qrupları tərəfindən irəli sürülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/372166.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR