İraqda 19, Hakkaridə 6 PKK terrorçusu öldürüldü

İraqda 19, Hakkaridə 6 PKK terrorçusu öldürüldü
17:17 29 Sentyabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı keçirilən anti-terror əməliyyatları nəticəsində öldürülən PKK terrorçuları ilə bağlı yeni açıqlama yayıb.

APA-nın xəbərinə görə, açıqlamada bildirilir ki, keçirilən əməliyyatlarda İraqın şimalında 19, Türkiyənin Hakkari vilayətinin Çukurca rayonunda isə 6 terrorçu məhv edilib.

Məlumatda qeyd olunub ki, Bitlis vilayətinin Güroymaq qəsəbəsində dəmiryolunda aşkarlanan partlayıcı qurğu zərərsizləşdirilib, dəmir yoluna ciddi ziyan dəyib, yol bağlanıb. Vilayətin Tatvan rayonunda isə bir şirkətin əməkdaşlarını daşıyan avtomobilə terrorçu hücumu baş verib. İki mülki şəxs xəsarət alıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/372153.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR