MSK sədri namizədləri ehtiyatlı olmağa çağırdı

MSK sədri namizədləri ehtiyatlı olmağa çağırdı
17:28 29 Sentyabr 2015
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir Elçin Mehdiyev

“Sosial şəbəkələrdə namizədlərlə bağlı müxtəlif informasiyalar yayılıb. Deputatlığa namizədlər ehtiyatlı olmalıdırlar. Əgər onların adından yalan informasiyalar yayılırsa, təkzib etsinlər”.

Trend xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, belə məsələlərin həllini araşdırmaq bir qədər çətindir: “Bəzi namizədlərin adından Seçki Məcəlləsini poza biləcək məlumatlar yayılır. Bu hal televiziyada, mətbuatda baş verərsə, tədbir görə bilirik. Amma sosial şəbəkələrə nəzarət bir qədər çətindir. Deputatlığa namizədlər diqqətli olmalıdırlar. Onların xəbəri olmadan məlumatlar yayılırsa, açıqlama versinlər”.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2438110.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR