79 yaşlı qadın qəzada öldü

79 yaşlı qadın qəzada öldü
17:31 29 Sentyabr 2015
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Quba rayonunun 2-ci Nüqədi kəndi ərazisində ölümlə nəticələnən qəza olub.

Nəsib Qubatov idarə etdiyi avtomobillə piyada 79 yaşlı Sərfinaz Mirzəliyevanı vurub.

ANS PRESS-in xəbərinə görə, piyada xəstəxanada dünyasını dəyişıb.
Qubada baş verən digər qəzada isə 2 Rusiya vətəndaşı xəsarət alıb. Rayonun Pirvahid kənd sakini Fəxrəddin Xəlfəyev sərt döngədə qəfildən idarəetməni itirib və maşın aşıb. Yaralılar Yelena Hacıyeva və Alsentina Sıkçova Quba rayon mərkəzi xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdiriliblər. Onlar Qubaya qohumlarıgilə qonaq gəliblər.

Faktla bağlı Quba Polis Şöbəsində istintaq başlanıb. Polis əməkdaşları hadisənin baş verməsinə ilkin səbəb kimi, avtomobilin yüksək sürətlə idarə olunmasını göstərirlər.

Hər iki qəza hadisəsinə görə, araşdırmalar davam edir.


Alsentina Sıkçova - yaralı


Qəzaya düşən avtomobil


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=361535

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR