Akif Nağı namizəd oldu

Akif Nağı namizəd oldu
16:32 29 Sentyabr 2015
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağının deputatlığa namizədliyi qeydə alınıb.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, bu barədə QAT-ın mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 9 saylı Binəqədi 2-ci Seçki Dairəsinin 19 saylı protokoluna əsasən, QAT sədri Akif Nağının bu ilin noyabrın 1-də keçiriləcək parlament seçkiləri üçün deputatlığa namizədliyi qeydə alınıb.

A.Nağı bundan öncə onun namizədliyinə maneçilik törədənlərə sərt şəkildə mesaj verərək, "saxtakarlıq edənlər bizi qarşısında görəcək" demişdi.

Qeyd edək ki, QAT sədrinin seçki qərargahı 6-cı mkr., S.Məmmədova küç.,ev 209-da yerləşir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/372159.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR