Gələn həftə azərbaycanlı teleaparıcının toyudur - FOTO

Gələn həftə azərbaycanlı teleaparıcının toyudur - FOTO
17:42 29 Sentyabr 2015
101 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az xəbər verir ki, oktaybrın 6-da Lider TV-nin baxımlı "Bəyəndim" maqazin proqramının aparıcısı Müşfiq Kərimov subaylıqla vidalaşacaq. 
Bu barədə təzə bəy özü Lamiyyə Ələkbərqızının aparıcısı olduğu "Həyat tərzi" verilişində məlumat verib: "Sevib-seçdiyim xanımla ailə həyatı quracağam. Bir il nişanlı qaldıq. İnşallah, gələn həftə toyumuzdur. Belə bir gündən cəmi subaylara qismət olsun". 

Qeyd edək ki, Müşfiqlə yanaşı "Həyat tərzi"nin bu gün yayımlanmış buraxılışında əməkdar artist Şəbnəm Tapdıq və Akademik Milli Dram Teatrının aktyoru Anar Heybətov da qonaq olublar. Onlar "Evlənməyin yaşı varmı?" mövzusu ətrafında yaddaqalan fikir mübadiləsi aparıblar. 

"Həyat tərzi" həftə içi 5 gün maraqlı buraxılışı ilə efirdə yayımlanır. Proqramı saat 14.30-dan 16.00-dək Lider TV-nin canlı yayımında izləyə bilərsiniz.
Verilişin informasiya dəstəyi Trend, Day.Az və Milli.Az-a məxsusdur.

Şahin Cavadsoy
Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/372163.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR