Günün xəbəri: ABŞ Suriya məsələsində Rusiya ilə anlaşdı

Günün xəbəri: ABŞ Suriya məsələsində Rusiya ilə anlaşdı
17:49 29 Sentyabr 2015
60 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya ilə ilk olaraq Bəşər Əsədin əlindəki kimyəvi silahlarla bağlı razılaşma əldə edilib

ABŞ-ın dövlət katibi Con Kerri Suriya məsələsi ilə bağlı Rusiya ilə razılaşma əldə olunduğunu bəyan edib. Lent.az Reuters-ə istinadən xəbər verir ki, Con Kerri problemin həllinin təməl prinsipini razılaşdırdıqlarını deyib və sabah rusiyalı həmkarı Segey Lavrovla görüşüb məsələni detallı müzakirə edəcəklərini deyib.

 

ABŞ-ın xarici siyasət idarəsinin rəhbəri MSNBC telekanalına müsahibəsində əlavə edib ki, Rusiya ilə ilk olaraq Bəşər Əsədin əlindəki kimyəvi silahlarla bağlı razılaşma əldə edilib.

 

Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Russia Today”ə açıqlamasında Suriyanın çökməsinə imkan verməyəcəklərini deyib və bölgədəki heç bir qüvvə ilə bağlantılarının olmadığını deyib. O əlavə edib ki, Obama və Putin İŞİD-in təsir dairəsini genişləndirməsindən narahatdır və terror təşkilatının məhv edilməsi əsas vəzifə kimi qoyulub.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/216111

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR