Rusiyadan Ukrayna aviaşirkətlərinə sanksiya

Rusiyadan Ukrayna aviaşirkətlərinə sanksiya
17:59 29 Sentyabr 2015
18 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Federal Hava Nəqliyyatı Agentliyi “Rosaviasiya” Ukrayna aviaşirkətlərinə bu il oktyabrın 25-dən etibarən Rusiyaya uçuşların qadağan olunması ilə bağlı xəbərdarlıq göndərib.

 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu addım rəsmi Kiyevin Rusiya Federasiyası ilə 2015-2016-cı illər üçün aviamübadiləni dayandırmasına cavabdır.
 
“Rosaviasiya”dan bildiriblər ki, uçuşlara tətbiq olunan qadağa Kiyev tərəfindən analoji qərarına ləğv edilməsinə qədər qüvvəyə qalacaq: “Təəssüf ki, Kiyev tərəfindən düşünülməmiş şəkildə qəbul edilən qərar Ukrayna vətəndaşlarına zərər vuracaq. Rusiya aviaşirkətlərinin məlumatına görə, iki dövlət arasında həyata keçirilən uçuşlarda sərnişinlərin 70%-ni ukraynalılar təşkil edir”.
 
Qeyd edək ki, rəsmi Kiyev tərəfindən 16 sentyabrda qəbul edilmiş sanksiya siyahısına Rusiyanın aviaşirkətləri də daxil edilib. Rusiyanın baş naziri Dmitri Medvedyev isə Nəqliyyat Nazirliyinə Ukrayna aviaşirkətlərinə qarşı cavab sanksiyalarının tətbiq olunması barədə tapşırıq verib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/216114

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR