Ermənistanda hər il 1000-ə yaxın müəllim işdən çıxarılır

Ermənistanda hər il 1000-ə yaxın müəllim işdən çıxarılır
18:08 29 Sentyabr 2015
30 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 29 sentyabr, Elvin Camalov, AZƏRTAC
Təhsil Texnologiyaları üzrə Milli Mərkəzin məlumatına görə, Ermənistanda hər il ümumtəhsil müəssisələrində çalışan 1000-ə yaxın müəllim işdən çıxarılır.
AZƏRTAC “vestnikkavkaza.net” saytına istinadla xəbər verir ki, Ermənistanda müəllimlərin 80 faizini qadınlar təşkil edir. Dövlət məktəblərində işləyən müəllimlərin sayı 2012-2013-cü tədris ilində 39 min 556 nəfər, 2013-2014-cü tədris ilində 38 min 483 nəfər, 2014-2015-ci tədris ilində isə 37 min 560 nəfər olub.
Buna səbəb bütün sahələrdə iflasa uğrayan Ermənistanda yaranmış ictimai-siyasi vəziyyət, iqtisadi və demoqrafik böhrandır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ermenistanda_her_il_1000_e_yaxin_muellim_isden_chixarilir-888231

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR