ABŞ İŞİD-lə mübarizə üçün yaradılmış informasiya mərkəzinin iclasına qatılmayıb

18:27 29 Sentyabr 2015
15 Dünya
Ölkə mətbuatı
A- A+

[ 29 Sentyabr 2015 18:23 ]


Moskva. Fərid Əkbərov - APA. ABŞ tərəfi "İslam dövləti" terror qruplaşması ilə mübarizə məqsədilə Bağdadda yaradılmış informasiya mərkəzinin birinci iclasına qatılmaqdan imtina edib.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.


"Sirr deyil ki, Bağdaddakı mərkəzdə işləmək üçün ABŞ-dan mütəxəssislər və hərbçilər dəvət olunub. Təəssüf ki, onlar birinci iclasda iştirak etmədilər", - deyə Dmitri Peskov qeyd edib. 
 

Rusiyanın Suriyada terrorçulara qarşı hava əməliyyatında iştirakı ilə bağlı iddialardan xəbərsiz olduğunu söyləyən Kremlin mətbuat xidmətinin rəhbəri hazırda koordinasiya mərkəzinin yaradılmasını daha vacib məsələ hesab etdiyini söyləyib: "Rusiya prezidenti İraq, Rusiya, İran və Suriyanın iştirakı ilə Bağdadda informasiya mübadiləsi mərkəzinin yaradıldığını açıqlayıb. İsraillə də bu istiqamətdəki addımlar koordinasiya olunacaq. Həmçinin bu mövzu ABŞ-la müzakirə olunub".
 

Peskov Rusiya və ABŞ-ın Suriya böhranının həlli istiqamətində intensiv dialoqu davam etdirəcəklərini deyib: “Suriya məsələsi ilə bağlı dialoqun inkişafı və məlumat mübadiləsi mexanizminin yaxşılaşdırılması üçün iki ölkə arasında dialoq kifayət qədər intensivdir. Bu dialoq davam edəcək”.
 

Qeyd edək ki, dünən Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində gerçəkləşən Putin-Obama görüşündə Suriya böhranının həlli ilə bağlı konkret irəliləyişin əldə edilmədiyi bildirilir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/398742

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR