Maarifləndirmə tədbirləri davam etdirilir

Maarifləndirmə tədbirləri davam etdirilir
18:43 29 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 29 sentyabr /Trend/

Sentyabrın 29-da İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Göyçay və Yevlax nümayəndəliklərinin təşkilatçılığı, Zərdab Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Zərdabda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilmişdir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, “Ekoloji təmiz kənd təsərrüfatının inkişafı” və “Marketinq araşdırmalarının aparılması” mövzularını əhatə edən treninqdə ekoloji təmiz kənd təsərrüfatının ümumi prinsipləri, bu sahədə beynəlxalq təcrübə, ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin təşkili, marketinq anlayışı, marketinqin növləri və prinsipləri, marketinqin istiqamətləri, istehsal olunacaq məhsulların keyfiyyəti və çeşidi, satışın təşkili və idarə edilməsi və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılmışdır.

Həmin gün Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Şəki şəhər 1 saylı peşə məktəbində gənclər üçün treninq keçirilmişdir.

“Biznes planların hazırlanması” mövzusunu əhatə edən treninqdə biznes ideyanın yaradılması, biznes plan və onun tərtib edilməsi, istehsalat planı və s. barədə ətraflı məlumat verilmişdir.

Bundan başqa, treninqlərdə iştirakçılar İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları, saytların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə məlumatlandırılmışlar.

Tədbirlər çərçivəsində mövzular üzrə təqdimatlar keçirilmiş, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2438160.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR