İsmayıllının Xanagah kəndinə təbii qaz verilib

İsmayıllının Xanagah kəndinə təbii qaz verilib
18:48 29 Sentyabr 2015
31 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 29 sentyabr, AZƏRTAC
Sentyabrın 29-da İsmayıllı rayonunun Xanagah kəndinə təbii qaz verilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, kəndin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında 9 min 205 metr uzunluğunda müxtəlif diametrli metal boru xətləri çəkilib, ümumilikdə 174 ədəd olmaqla hər bir abonent sayğac və fərdi tənzimləyici ilə təmin olunub.
İctimaiyyət nümayəndələri kəndə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ismayillinin_Xanagah_kendine_tebii_qaz_verilib-888247

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR