Prezidentdən general Səməd bəy Mehmandarovun 160 illik yubileyi ilə bağlı SƏRƏNCAM

Prezidentdən general Səməd bəy Mehmandarovun 160 illik yubileyi ilə bağlı SƏRƏNCAM
18:49 29 Sentyabr 2015
216 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev general Səməd bəy Mehmandarovun 160 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın president.az saytına istinadən verdiyi məlumata görə, sərəncama əsasən Müdafiə Nazirliyi, Təhsil Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə görkəmli hərbi xadim, general Səməd bəy Mehmandarovun 160 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirəcək. Bundan başqa Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

 

Qeyd edək ki, 2015-ci ildə görkəmli hərbi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, general Səməd bəy Sadıq bəy oğlu Mehmandarovun anadan olmasının 160 illiyi tamam olur. General Səməd bəy Mehmandarov döyüş meydanlarındakı yüksək peşəkarlığı və zabit şərəfinə hədsiz sədaqəti ilə Azərbaycan xalqının hərb salnaməsinə unudulmaz səhifələr yazıb. Azərbaycan Xalq Cümhuriyyəti yaradılarkən ordu quruculuğu prosesinin bütünlüklə milli zəmin üzərində həyata keçirilməsi, hərbi potensialın məharətlə istiqamətləndirilməsi və konkret tarixi şəraitdə ölkənin ərazi bütövlüyünün, hərbi təhlükəsizliyinin layiqincə təşkil edilməsi məhz onun fəaliyyətinin nəticələridir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/216124

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR