Azərbaycanda avtomobilin üstünə ağac aşıb: ölən var

Azərbaycanda avtomobilin üstünə ağac aşıb: ölən var
18:49 29 Sentyabr 2015
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Hadisə avtomobil hərəkətdə olarkən baş verib

Bu gün Xaçmaz rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə Xaçmaz rayonu ərazisində hərəkətdə olan avtomobilin üzərinə ağac aşması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə cəlb olunmuş Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sərnişin, 1962-ci il təvəllüdlü Mahmudov Aslan Ağasəlim oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

Əməliyyat saat 13:20-də başa çatıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/216123

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR