Azərbaycanın əhalisinin sayı 9 milyon 654,9 min nəfərə çatıb

Azərbaycanın əhalisinin sayı 9 milyon 654,9 min nəfərə çatıb
18:58 29 Sentyabr 2015
47 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 29 sentyabr, AZƏRTAC
Bu il avqustun 1-nə olan məlumata görə, Azərbaycanın əhalisinin sayı bu ilin əvvəlindən 61,9 min nəfər (0,6 faiz) artaraq 9 milyon 654,9 min nəfərə çatıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əhalinin sıxlığı bir kvadrat kilometrə 111 nəfərdir. Ölkə əhalisinin ümumi sayının 53,2 faizini şəhər, 46,8 faizini isə kənd sakinləri təşkil edir. Əhalinin 49,8 faizi kişilərdən, 50,2 faizi qadınlardan ibarətdir. Hazırda ölkədə hər 1000 kişiyə 1009 qadın düşür.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_ehalisinin_sayi_9_milyon_6549_min_nefere_chatib-888254

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR