Bakıda keçiriləcək Beynəlxalq Caz Festivalının proqramı

Bakıda keçiriləcək Beynəlxalq Caz Festivalının proqramı
19:06 29 Sentyabr 2015
25 Şou
Ölkə mətbuatı
A- A+

Bakıda keçiriləcək Beynəlxalq Caz Festivalının gündəliyi açıqlanıb.

Axşam.az xəbər verir ki, oktyabrın 25-dən noyabrın 3-dək davam edəcək tədbiri Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondu keçirəcək. Festivalın açılışı oktyabrın 25-də saat 20.00-də Heydər Əliyev Sarayında baş tutacaq.

Festival çərçivəsində ABŞ, Kanada, Fransa, Almaniya, Hollandiya, Rusiya və Ukraynadan olan məşhur musiqiçilər Bakıda çıxış edəcəklər.

Festivalın proqramını təqdim edirik:

25 oktyabr Saat 20.00 Diana Krall Heydər Əliyev Sarayı
26 oktyabr Saat 20.00 Salman Qəmbərov və qrupu Beynəlxalq Muğam Mərkəzi
27 oktyabr Saat 20.00 Four Play qrupu Heydər Əliyev Sarayı
28 oktyabr Saat 20.00 Cəmil Əmirov və qrupu R.Behbudov adina Mahnı Teatrı
30 oktyabr Saat 20.00 Charles Lloyd Heydər Əliyev Mərkəzi
31 oktyabr Saat 20.00 Emil Əfrasiyab və qrupu Azərbaycan Dövlət Filarmoniyası
1 noyabr Saat 20.00 İsfar Sarabski və qrupu Heydər Əliyev Sarayı
2 noyabr Saat 19.00 Estrada Orkestri R.Behbudov adina Mahnı Teatrı
3 noyabr Saat 20.00 Ntjam Rosie Azərbaycan Dövlət Filarmoniyası

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=38032

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR