Cavid Qurbanov: Azərbaycan ərazisindən Ermənistana birbaşa və yaxud tranzit yük daşımasına heç bir halda icazə verilməyəcək

Cavid Qurbanov: Azərbaycan ərazisindən Ermənistana birbaşa və yaxud tranzit yük daşımasına heç bir halda icazə verilməyəcək
19:08 29 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 29 sentyabr, AZƏRTAC
Azərbaycan ərazisindən Ermənistana birbaşa və yaxud tranzit yük daşımasına heç bir halda icazə verilməyəcək.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən (QSC) AZƏRTAC-a bildirilib ki, bu sözləri QSC-nin sədri Cavid Qurbanov sentyabrın 29-da İsveçrənin Bern şəhərində keçirilən Beynəlxalq Dəmiryolu Daşımaları üzrə Hökumətlərarası Təşkilatların (OTİF) 12-ci Baş Assambleyasındakı çıxışı zamanı deyib.
“Azərbaycan Dəmir Yolları”nda həyata keçirilən islahatlar barədə məlumat verən C.Qurbanov bildirib ki, Azərbaycan Respublikası bu il aprelin 14-də “Beynəlxalq Dəmiryol Daşımaları haqqında Konvensiya”ya (KOTİF) qoşulub və bu qanun Azərbaycanın Milli Məclisi tərəfindən ratifikasiya olunub. C.Qurbanov Azərbaycanın ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb. Vurğulayıb ki, elə bu səbəbdən də Azərbaycan ərazisindən Ermənistana birbaşa və yaxud tranzit yük daşımasına heç bir halda icazə verilməyəcək.
C.Qurbanov həmçinin Avropa və Asiyanı birləşdirən nəqliyyat dəhlizində Azərbaycanın fəal iştirak etməsindən söz açıb. O, dəmir yollarında irihəcmli işlərin gedişatı, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi və bu layihənin Azərbaycanın tranzit potensialını artıracağı barədə iclas iştirakçılarına geniş məlumat verib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Cavid_Qurbanov_Azerbaycan_erazisinden_Ermenistana_birbasa_ve_yaxud_tranzit_yuk_dasimasina_hech_bir_halda_icaze_verilmeyecek-888263

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR