Sabah Astara, Şəmkir, Ucar və Zərdab rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq

Sabah Astara, Şəmkir, Ucar və Zərdab rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq
18:12 29 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 29 sentyabr. REPORT.AZ / Sentyabrın 30-da saat 10:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qaz ixrac İdarəsinin Ağdaş magistral qaz kəmərləri sahəsinin ''Ucar'' ,“Lək” və “Zərdab”, Qazax magistral qaz kəmərləri sahəsinin “Çinarlı”, Astara magistral qaz kəmərləri sahəsinin “Ərçivan” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
"Report"un SOCAR-ın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, təmir müddətində Astara rayonunun Ərçivan, Alaşa, Şovaş, Artopa və Kişab, Şəmkir rayonun Çinarlı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Ucar və Zərdab rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/sabah-astara-semkir-ucar-ve-zerdab-rayonlarinin-qaz-techizatinda-mehdudiyyetler-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR