Hücuma məruz qalan polislər öldü

Hücuma məruz qalan polislər öldü
19:16 29 Sentyabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Adana şəhərinə polisə silahlı hücum təşkil olunub, nəticədə iki polis şəhid olub.

ANS PRESS-in məlumatına görə, Dağlıoğlu məhəlləsindəki xüsusi xəstəxananın yaxınlığında polis əməkdaşlarına motosikletlə yaxınlaşan iki terrorçu tərəfindən iriçarplı silahlarla atəş açılıb.

Hücumda yaralanan iki polis məmuru dərhal özəl xəstəxanaya aparılıb. Polislərdən Süleyman Çakır yolda şəhid olub, Bircan İlhan isə əməliyyata aparılsa da, daha sonra onun da şəhid olduğu deyilib.

Türkiyə rəsmilərinin məlumatına görə, polislər Dağlıoğlu polis bölməsində işləyirlər, həmin an xəstəxanadan sənəd almağa gedirmişlər.

Adana valisi Mustafa Böyük, Adananın bələdiyyə başçısı Hüseyn Sözlü və polis müdiri Cengiz Zeybek hücumda yaralanan Bircan İlhanın yerləşdirildiyi Çukurova Universiteti tibb fakültəsi Balcalı xəstəxanasına gələrək, onunla maraqlanıblar. Mustafa Böyük jurnalistlərə etdiyi açıqlamada polislərin hesabat almaq üçün getdikləri özəl xəstəxananın çıxışında hücuma məruz qaldıqlarını deyib.


Polislərin hücuma məruz qaldığı özəl xəstəxananın çıxışı

Adana valisi hadisə ilə bağlı təəssüf hissi keçirdiyini bildirib: "Təəssüf ki, hücum nəticəsində bir şəhidimiz oldu, ardınca isə, daha biri də öldü. Hal-hazırda bununla əlaqədar ərazidə əməliyyatlara başlanılıb. Ən qısa zaman ərzində hadisəni törədənlərin tutulacağına ümid edirik", - deyə o, əlavə edib.

Polis qrupları artıq hücumun həyata keçirildiyi Dağlıoğlu Məhəlləsində helipokterlərlə əməliyyat başlayıblar.

Hücumda şəhid olan komissar Süleyman Çakır Ceyhan bölgəsində, polis məmuru Bircan İlhan isə Kozan bölgəsində torpağa tapşırılıb. Şəhidləri dəfn etmək üçün mərasimdə şəhidin ailəsi və yaxınlarından başqa, Adana valisi Mustafa Böyük, Türkiyə ordusunun diviziya komandiri, general Osman Erbaş və minlərlə vətəndaş iştirak ediblər.


Adana, Dağlıoğlu Məhəlləsi



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=361539

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR