Bakı Metropoliteni ​"Qarabağ"ın müraciətinə sabah cavab verəcək

Bakı Metropoliteni ​"Qarabağ"ın müraciətinə sabah cavab verəcək
19:17 29 Sentyabr 2015
49 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 29 sentyabr. REPORT.AZ/ Oktyabrın 1-də "Qarabağ" klubu futbol üzrə Avropa Liqasının qrup mərhələsinin II turunda Belçika "Anderlext"ini qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qaşrılaşma saat 22:00-da start götürəcək.
Təbii ki, matçın bu saatda başlaması azarkeşlərin stadionuna axınına təsir etməyə bilməz. Oyunun təxminən gecə saat 12 radələrində başa çatacağını nəzərə alsaq, stadiona toplaşan azarkeşlərin evə qayıtmaq məsələsi yenə də problemlə dönəcək. Əsas ictimai nəqliyyat vasitəsinin metro olduğunu nəzərə alsaq, sözsüz ki, "Qarabağ" iş qrafikinin artırılması üçün "Bakı Metropoliteni" QSC-yə müraciət etməlidir. 
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev "Report"a açıqlamasında metronun iş qrafikinin uzadılması ilə bağlı "Qarabağ"dan məktub aldıqlarını bildirib. O deyib ki, müraciətə baxıldıqdan sonra sabah rəsmən cavablandırılacaq. 
Qeyd edək ki, sentyabrın 17-də "Qəbələ" ilə Yunanıstan PAOK-u arasında keçirilmiş qrup mərhələsinin ilk tur matçından sonra da analoji problem baş vermişdi. Yunanıstan PAOK-u ilə qaşrılaşma saat 22:00-a təyin olunduğundan azarkeşlərin metro ilə evə qayıtmaq şansları heçə enmişdi. "Report"un məsələ ilə bağlı yazısından sonra klub rəhbərliyi "Bakı Metropoliten" QSC-yə müraciət edərək iş vaxtının artırılmasını xahiş etmişdi.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/qarabag-azarkeslerini-gozleyen-tehluke

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR